Call of Duty | |
---|---|
Janrlar | Birinci şəxs atıcı |
Yaradıcılar | Əsas Infinity Ward (2003–hal-hazırda) Treyarch (2005–hal-hazırda) Sledgehammer Games (2011–hal-hazırda) Raven Software (2016–hal-hazırda) |
Nəşrçilər | Activision |
Müəlliflər | Stiven Spilberq[1] |
Platformalar | Microsoft Windows OS X Nintendo DS GameCube Nokia N-Gage PlayStation 2 PlayStation 3 PlayStation 4 PlayStation 5 PlayStation Portable PlayStation Vita Wii Wii U Xbox Xbox 360 Xbox One Xbox Series X/S iOS Android BlackBerry J2ME |
İlk buraxılış | Call of Duty 29 oktyabr 2003-cü il |
Son buraxılış | Call of Duty: Vanguard 5 noyabr 2021 |
Rəsmi vebsaytı | callofduty.com |
Call of Duty (azərb. Döyüş tapşırığı) — ABŞ şirkəti "Activision" tərəfindən istehsal olunan birinci şəxs atıcı janrında videooyunlar seriyası. Bu seriyadakı oyunlar "Infinity Ward", "Treyarch" və "Sledgehammer Games" kimi studiyalar tərəfindən istehsal edilmişdir. 2003-cü ildə satışa çıxarılan ilk oyunla başlayan seriyanın ilkin epizodlarının məzmunu İkinci Dünya mharibəsinə yönəlmişdi. Seriyanın daha sonra buraxılan epizodlarının hadisələri Soyuq müharibə dövründə, yaxın gələcəkdə, hətta kosmosda cərəyan edirdi.
Seriyadakı bir çox oyun müstəsna tənqidi tərif almış və çoxsaylı mükafatlar qazanmışdır. Seriyadakı oyunların adətən çoxnəfərli rejimi var və bu, Şimali Amerika və Qərbi Avropada kiberidman kimi populyarlıq qazanmışdır. 2021-ci ilə aid olan məlumata görə, seriyadakı oyunların ümumi satışları 400 milyon kopyanı keçmişdir. Ginnesin Rekordlar Kitabına dünyada ən çox satılan atıcı seriyası kimi daxil edilmişdir. Satılan kopyaların sayına görə ABŞ-də hazırlanmış ən uğurlu videooyun seriyasıdır.